"Porto Hotel Tennis League" turniri: 20.11.2021

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin növbəti görüşləri keçirilib.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

2A qrupunda Aleksandr Yakovlev Əziz Manafovu hər iki setdə məğlub edib.

2B qrupunda İzzət Çələbi Nuridə Bünyatovaya qalib gəlib.

4B qrupunda ilk oyunda qalib gələn Cavahir Çolakoğlu bu dəfə də azarkeşlərini sevindirib. O, Etibar Nəsirovu 2:1 hesabı ilə məğlub edib.

4C qrupunda Ruslan Xəlilov Dmitri Mironovdan üstün olub: 6:2 və 6:1.

5B qrupunda Samir Aslanov ardıcıl 2 görüş keçirib. O, əvvəlcə Güldanə Əhmədim məğlub edib.

Daha sonra Samir Aslanov Ramin Əsədova qalib gəlib və 9 xalla Mehmet Serhan Yıldızla birlikdə liderdir.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Liqada aylıq iştirak haqqı 10 AZN, ümumi mükafat fondu isə 1500 AZN-dir.

https://liga.bta.az/az/