"Porto Hotel Tennis League" turniri: 20.12.2021

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin dekabr buraxılışı davam edir.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

1-ci Liqada Zaur Bayramov İsmayıl Babayevi hər iki setdə məğlub edib: 6:0 və 6:1.

2A qrupunda Tofiq Süleymanov Azər Səfərova çətinliklə qalib gəlib: 3:6, 6:3 və 6:3.

2A qrupunun digər duelində Ruben Valdes Mansur Məmmədovdan üstün olub: 6:4 və 6:2.

3A qrupunda Əli Mirzəyev Tayyar Akkubayovu əzmkar geridönüşlə məğlub edib: 4:6, 6:4 və 10:7.

3C qrupunda Niyazi Əmirbəyov Nuridə Bünyatovanı məğlub edib: 6:3 və 6:0.

4A qrupunda isə Cəlal Quliyev Koray Kılıçdan üstün olub: 6:4 və 6:1.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Liqada aylıq iştirak haqqı 10 AZN, ümumi mükafat fondu isə 1500 AZN-dir.