"Porto Hotel Tennis League" turniri: 21.11.2021

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin növbəti görüşləri keçirilib.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

2A qrupunda Mənsur Məmmədov Əziz Manafovu hər iki setdə məğlub edib.

3B qrupunda Yadigar Məmmədli Araz Gəncəliyə məğlub olub.

4B qrupunda Bəhruz Rüstəmov Orxan Sadıqlıya qalib gəlib.

4C qrupunda Rafiq Novruzov Yelizaveta Maxortovadan üstün olub.

4D qrupunda iki görüş keçirilib. Səftər Quliyev İslam Hüseynovu çətinliklə də olsa, məğlub edib.

4D qrupunun digər matçında Kərim Əsgərov Ruslan Kərimova qalib gəlib.

5A qrupunda Mamed Bayramov isə Ülvi Əsgərovu 2:1 hesabı ilə məğlub edib.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Liqada aylıq iştirak haqqı 10 AZN, ümumi mükafat fondu isə 1500 AZN-dir.

https://liga.bta.az/az/