"Porto Hotel Tennis League" turniri: 22.02.2022

"Porto Hotel" Tennis Liqasında daha bir neçə duel keçirilib.

Yarışın fevral buraxılışının 22-ci günündə bir sıra maraqlı nəticə qeydə alınıb. Görüşlərin nəticələri ilə tanış olaq:

1-ci Liqada Aurelien Prost İsmayıl Babayevi məğlub edib: 7:6, 3:6 və 6:3.

3A qrupunda Əziz Manafov Rafe Hawkins Hilldən üstün olub: 5:7, 6:4 və 11:9.

3C qrupunda Elçin Manafov Ruslan Xəlilova 6:2 və 6:1 hesabları ilə qalib gəlib.

4B qrupunda Derviş Taşkesen Ramin Əsədova uduzub: 3:6, 6:4 və 2:6.

4C qrupunda Nicat Həsənov - Kərim Askerov duelində Nicat qələbə qazanıb: 6:2 və 7:6.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Porto Hotel Tennis Liqasında mükafat fondu hər ay 1500 AZN-dir.