"Porto Hotel Tennis League" turniri: 22.11.2021

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin növbəti görüşləri keçirilib.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

1-ci Liqada Bağır Əsgərəlizadə Soltan Mamedovla qarşılaşıb. Soltan rəqibinə qalib gələrək 8 xalla 4-cü pillədə qərarlaşıb.

2A qrupunda Emil Məmmədov Tofiq Süleymanova hər iki setdə məğlub olub.

3B qrupunda Zaur Əsədov ilk setdə məğlub olsa da, sonradan digər hissələrdə Fəxri Ələkbərliyə qalib gələrək qələbə qazanıb.

3C qrupunda Əli Mirzəyev Jerome Kelleni məğlub edib.

3D qrupunda Cəmil Feyzullayev əzmkar oyunla Fatih Gökdən üstün olub.

4B qrupunda Bəhruz Rüstəmov Etibar Nəsriovu hər iki setdə məğlub edib.

4B qrupunda Cavahir Çolakoğlu Tatyana Bissetə qalib gəlib.

4B qrupunda digər oyunda Qorxmaz Əzizov Orxan Sadıqlını 2:1 hesabı ilə məyus edib.

4C qrupunda Ruslan Xəlilov Yelizaveta Maxortovaya qalib gəlib.

5B qrupunda isə Ramin Əsədov Nigar Butayevaya çətinliklə də olsa, qalib gəlib.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Liqada aylıq iştirak haqqı 10 AZN, ümumi mükafat fondu isə 1500 AZN-dir.

https://liga.bta.az/az/