"Porto Hotel Tennis League" turniri: 22.12.2021

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin dekabr buraxılışı davam edir.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

2A qrupunda Tofiq Süleymanov Yuri Zaytsevə qalib gəlib: 6:4, 4:6 və 7:5.

3A qrupunda Emil Məmmədov Əli Mirzəyevi hər iki setdə məğlub edib: 6:1 və 6:1.

3B qrupunda Sahib Həsənov Bəhruz Rüstəmovdan üstün olub: 6:3 və 6:3.

4A qrupunda Taleh Əhmədov Cəlal Quliyevi 3 setin yekununda məğlub edib: 6:3, 5:7 və 6:1.

4A qrupunun digər duelində Mary Rose Del Norte Yelizaveta Maxortovadan üstün olub: 6:1 və 6:1.

4B qrupunda İbrahim Şəriəti Natiq Paşayevə qalib gəlib: 7:6 və 7:5.

4C qrupunda Rafiq Novruzov Samir Rzayevi çətinliklə məğlub edib: 6:2, 2:6 və 7:5.

4D qrupunda Etibar Nəsirov Mehmet Sarhan Yıldızdan üstün olub: 6:4, 3:6 və 6:0.

 

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Liqada aylıq iştirak haqqı 10 AZN, ümumi mükafat fondu isə 1500 AZN-dir.