"Porto Hotel Tennis League" turniri: 23.11.2021

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin növbəti görüşləri keçirilib.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

1-ci liqada İsmayıl Babayev Zaur Bayramovdan hər iki setdə üstün olub.

2A qrupunda Umut Gündoğan Əziz Manafova qalib gəlib.

3A qrupunda Yusif Ələsgərov Sahib Həsənovu 2:1 hesabı ilə məğlub edib.

3D qrupunda Denis Kazarezov Ceyms Kastadiodan üstün olub.

4A qrupunda 2 görüş olub. 1-ci dueldə Tayyar Akkubayov Yunus Alpı məğlub edib. Cahangir Rzayev isə Samir Rzayevlə görüşdə azarkeşlərini sevindirib.

4D qrupunda Səftər Quliyev Nicat Əfəndiyevlə mübarizədən qalib ayrılıb.

5A qrupunda isə Ülvi Səmədzadə Cəfər Mirzəyevi məğlub edib.

 

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Liqada aylıq iştirak haqqı 10 AZN, ümumi mükafat fondu isə 1500 AZN-dir.

https://liga.bta.az/az/