"Porto Hotel Tennis League" turniri: 24.01.2022

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin yanvar buraxılışı davam edir.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

2B qrupunda Soltan Mamedov Tərlan Tağıyevi məğlub edib: 6:1, 6:7 və 10:3.

2B qrupunun digər duelində Fuad Ağayev Niyazi Əmirbəyovdan hə riki setdə üstün olub: 6:2 və 6:4.

3A qrupunda Ruslan Xəlilov Mary Rose Del Norteyə qalib gəlib: 6:1 və 6:0.

5A qrupunda Zaur Bayramlı Ahmet Çeliki məğlub edib: 6:1 və 7:5.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi