"Porto Hotel Tennis League" turniri: 24.02.2022

"Porto Hotel" Tennis Liqasında daha bir neçə duel keçirilib.

Yarışın fevral buraxılışının 24-cü günündə bir sıra maraqlı nəticə qeydə alınıb. Görüşlərin nəticələri ilə tanış olaq:

1-ci Liqada Aurelien Prost Soltan Mamedovu hər iki setdə məğlub edib: 6:1 və 6:4.

3D qrupunda Mahal Göyüşov Denis Kazarezova qalib gəlib. 7:5 və 6:2.

4B qrupunda Kamran Vatani İnarə Huseynovadan üstün olub: 7:5 və 6:2.

4D qrupunda James Custodio Rafiq Novruzova məğlub olub: 6:3, 0:6 və 4:6.

4D qrupunda həmçinin Üzeyir Əlimərdanbəyli Murad Şıxıyevi 6:0 və 6:2 hesabları ilə məğlub edib.

5A qrupunda 3 duel olub: Koray Kılıç - Jamila Teregulova 6:1 və 6:2, Stacy Phillips - Mamed Bayramov 2:6 və 2:6, Rəcəb Səfərov - Cəfər Mirzəyev 3-0.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Porto Hotel Tennis Liqasında mükafat fondu hər ay 1500 AZN-dir.