"Porto Hotel Tennis League" turniri: 24.11.2021

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin növbəti görüşləri keçirilib.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

2A qrupunda Tofiq Süleymanov Əziz Manafovu hər iki setdə məğlub edib.

2A qrupunun digər duelində Emil Məmmədov Mansur Məmmədova uduzub.

3C qrupunda Tayyar Tan Əli Mirzəyevə əzmkar qələbə ilə qalib gəlib.

3D qrupunda Denis Kazarezov Mahal Göyüşovdan üstün olub.

4A qrupunda Taleh Əhmədov Fərid Həsənovu məğlub edib.

4B qrupunda Tatyana Bisset Etibar Nəsirova qalib gəlib.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Liqada aylıq iştirak haqqı 10 AZN, ümumi mükafat fondu isə 1500 AZN-dir.

https://liga.bta.az/az/