"Porto Hotel Tennis League" turniri: 25.02.2022

"Porto Hotel" Tennis Liqasında fevral buraxılışı sona yaxınlaşır.

Turnirin 25-ci günündə qeydə alınan nəticələri təqdim edirik:

1-ci Liqada Zaur Məmmədzadə İsmayıl Babayevi hər iki setdə məğlub edib: 6:3 və 6:3.

2A qrupunda Tərlan Tağıyev Eldar Salayevə uduzub.

3B qrupunda Araz Gəncəli Peter Palyaya qalib gəlib: 4:6, 6:0 və 10-8.

3B qrupunda həmçinin Araz Gəncəli Romano Capocciyə də qalib gəlib: 6:4 və 6:2.

3C qrupunda Sergey Zaqorovskiy Fərid Həsənovdan üstün olub: 6:1 və 6:4.

4A qrupunda Mary Rose Del Norte Yelizaveta Maxortovanı məğlub edib: 7:5 və 6:1.

4B qrupunda isə Samir Rzayev Derviş Taşkesendən üstün olub: 6:1 və 6:2.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Porto Hotel Tennis Liqasında mükafat fondu hər ay 1500 AZN-dir.