"Porto Hotel Tennis League" turniri: 25.11.2021

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin növbəti görüşləri keçirilib.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

3B qrupunda Zaur Əsədov Araz Gəncəliyə məğlub olub.

4A qrupunda Cahangir Rzayev Fərid Həsənova qalib gəlib.

4C qrupunda Ruslan Xəlilov Rafiq Novruzovdan üstün olub.

4D qrupunda gərgin mübarizə yaşanıb. İslam Hüseynov Ruslan Kərimovu 2:1 hesabı ilə məğlub edib.

5A qrupunda Koray Kılıç Derviş Taşkəsənə qalib gəlib.

5B qrupunda isə Ahmaet Halis Güngüneş Nigar Butayevaya qalib gələrək azarkeşlərini sevindirib.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Liqada aylıq iştirak haqqı 10 AZN, ümumi mükafat fondu isə 1500 AZN-dir.

https://liga.bta.az/az/