"Porto Hotel Tennis League" turniri: 25.12.2021

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin dekabr buraxılışı davam edir.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

2A qrupunda Araz Gəncəli Yuriy Zaytsevi çətinliklə məğlub edib: 6:4, 6:7 və 6:2.

2B qrupunda İzzət Çələbi Tayyar Tanı 3 setin yekununda məğlub edib: 2:6, 6:1 və 6:2.

3B qrupunda Sahib Həsənov Zaur Əsədovdan üstün olub: 2:6, 7:5 və 10:8.

3C qrupunda Niyazi Əmirbəyov Eldar Salayevə qalib gəlib: 6:0 və 6:3.

4D qrupunda isə Kərim Əsgərov Etibar Nəsirovu çətinliklə məğlub edib: 6:4, 5:7 və 6:4.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Liqada aylıq iştirak haqqı 10 AZN, ümumi mükafat fondu isə 1500 AZN-dir.