Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin növbəti görüşləri keçirilib.
Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.
2A qrupunda Umut Gündoğan Tofiq Süleymanovu məğlub edib.
2A qrupunda Emil Məmmədov Əziz Manafovu məğlub edib.
3B qrupunda Araz Gəncəli Fəxri Ələkbərlidən hər iki setdə üstün olub.
3C qrupunda Jerome Kelle Üzeyir Əlimərdanbəyliyə hər iki setdə uduzub.
3D qrupunda Fatih Gök Denis Kazarezova qalib gəlib.
4A qrupunda Fərid Həsənov Samir Rzayevlə başabaş mübarizə aparıb. Yekunda Fərid azarkeşlərini sevindirib: 2-1.
4B qrupunda gərgin mübarizə olub. Bəhruz Rüstəmov Qorxmaz Əzimovdan 2:1 hesabı ilə üstün olub.
4C qrupunda Dmitri Mironov Yelizaveta Maxortova ilə qarşılaşıb. Mironov qələbə qazanıb.
Liqanın məqsəd və vəzifələri
- Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
- Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
- Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
- İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi
Liqada aylıq iştirak haqqı 10 AZN, ümumi mükafat fondu isə 1500 AZN-dir.
https://liga.bta.az/az/