"Porto Hotel Tennis League" turniri: 26.12.2021

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin dekabr buraxılışı başa çatıb.

İsmail Akıncı 2-ci liqanın kubokunu, 200 AZN mükafat və Porto Hoteldən hədiyyə qazanıb.

Tofiq Süleymanov isə 2-ci yeri tutaraq 100 AZN və ən pozitiv oyunçu kimi Happy Moons restoranına 50 AZN-lik kupon qazanıb.

Əziz Manafov 3-cü liqanın kubokunu və 150 AZN, 2-ci yeri tutan Emil Məmmədov isə 75 AZN mükafat qazanır. 

Fərid Yarıyev 4-cü liqanın kubokunu və 100 AZN, Fatih Gök isə 50 AZN qazanır.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Liqada aylıq iştirak haqqı 10 AZN, ümumi mükafat fondu isə 1500 AZN-dir.