"Porto Hotel Tennis League" turniri: 27.01.2022

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin yanvar buraxılışı davam edir.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

1-ci Liqada Zaur Bayramov Zaur Məmmədzadəni hər iki setdə məğlub edib: 6:4 və 6:3.

2A qrupunda Azər Səfərov Emil Məmmədovdan üstün olub: 6:2 və 6:3.

3B qrupunda Təyyar Akkubəyov Fəxri Ələkbərliyə qalib gəlib: 6:1, 4:6 və 7:5.

3D qrupunda Eldar Salayev Üzeyir Əlimərdanbəylini hər iki setdə 6:1 hesabı ilə məğlub edib.

4B qrupunda Yusif Ələsgərov Natiq Paşayevə qalib gəlib: 6:2 və 6:3.

4B qrupunda həmçinin Bəhruz Rüstəmov Güldanə Əhməddən üstün olub: 6:0 və 6:2.

4C qrupunda Fərid Həsənov əzmkar oyunla Rafiq Novruzova qalib gəlib: 4:6, 6:0 və 6:0.

4D qrupunda Derviş Taşkesen Qorxmaz Əzimovu məğlub edib: 4:6,6:3 və 6:4.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi