"Porto Hotel Tennis League" turniri: 27.11.2021

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin növbəti görüşləri keçirilib.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

1-ci Liqada maraqlı görüş keçirilib. Azarkeşlər Zaurların duelini izləyiblər. Zaur Məmmədzadə Zaur Bayramovla qarşılaşıb. Bayramov hər iki setdə rəqibinə qalib gəlib.

2A qrupunda Umut Gündoğan Mansur Məmmədovdan üstün olub.

3A qrupunda Cəlal Quliyev Peter Palyaya qalib gəlib.

3B qrupunda Elçin Manafov Zaur Əsədova uduzub.

3C qrupunda Tayyar Tan Üzeyir Əlimərdanəyli ilə üz-üzə gəlib. Tayyar hər iki setdə rəqibindən üstün olub.

4A qrupunda Tayyar Akkubayov Samir Rzayevi məğlub edib.

4B qrupunda Cavahir Çolakoğlu Bəhruz Rüstəmova uduzub.

4D qrupunda Mary Rose Del Norte Nicat Əfəndiyevi hər iki setdə məğlub edib.

4D qrupunda İslam Hüseynov Kərim Əsgərovu əzmkar oyunla məğlub edib.

5A qrupunda isə Mamed Bayramov Cəfər Mirzəyevə qalib gəlib.

5B qrupunda Mehmet Serhan Yıldız Samir Aslanova uduzub.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Liqada aylıq iştirak haqqı 10 AZN, ümumi mükafat fondu isə 1500 AZN-dir.

https://liga.bta.az/az/