"Porto Hotel Tennis League" turniri: 28.01.2022

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin yanvar buraxılışı davam edir.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

3A qrupunda Yuri Zaytsev Əli Mirzəyevi hər iki setdə məğlub edib: 6:3 və 6:0.

3B qrupunda Sahib Həsənov Pərviz Eyyubovdan üstün olub: 6:2 və 6:4.

5A qrupunda Ahmet Çelik Mamed Bayramova qalib gəlib: 6:4 və 6:3.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi