"Porto Hotel Tennis League" turniri: Yanvar buraxılışının qalibləri

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin yanvar buraxılışına yekun vurulub.

Böyük maraq toplayan həvəskar turnirdə maraqlı nəticələr qeydə alınıb.

1-ci Liqada İsmail Akıncı kubok qazandığı halda, Azər Səfərov ikinci olub.

2-ci Liqanın qalibi İsmayıl Babayev olub.

3-ci Liqanın kubokunu Yuri Zaytsev, ikinciliyini isə Tayyar Tan əldə edib.

Yanvar ayında 4-cü Liqanın qalibi Mahal Göyüşov, 2-cisi Fərid Həsənov olub.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi