"Porto Hotel Tennis League" turnirində növbəti oyunlar oldu

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin növbəti görüşləri keçirilib.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb. 3A qrupunda Yuri Zaytsev Sahib Həsənov üzərində qələbə qazanaraq (6:0, 6:0) xalların sayını 6-ya çatdırıb və öz qrupunda liderliyini davam etdirir. Sahib isə 1 xalla ikincidir.

3D qrupunda ilk oyunda qalib gələn Cəmil Feyzullayev bu dəfə Fuad Ağayevlə bacarmayıb - 4:6 və 2:6. Buna baxmayaraq Cəmil 4 xalla zirvədəki yerini qoruyub. 1 oyun keçirən Fuad isə 3 xalla 3-cüdür.

5A qrupunda türkiyəli tennisçi Koray Kılıç Ülvi Əsgərovu hər iki setdə məğlub edib (6:1, 6:3). Koray 6 xalla liderdir. Ülvi isə 3 xalla 4-cüdür.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Liqada aylıq iştirak haqqı 10 AZN, ümumi mükafat fondu isə 1500 AZN-dir.