Porto Hotel Tennis Liqasında fevral buraxılışı yekunlaşır.
Artıq qaliblər məlumdur.
1-ci Liqada İsmayıl Akıncı çempion olub.
2-c Liqada Ruben Valdes çempion olduğu halda, Azər Səfərov ikinci yeri tutub.
3-cü Liqada Serqey Zaqorovski kubok əldə edib. Vüsal Bağırov ikinci olub.
4-cü Liqada isə Nicat Həsənov çempion adını qazanıb. Kamran Vatani 2-ci yeri tutub.
Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.
Liqanın məqsəd və vəzifələri
- Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
- Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
- Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
- İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi
Porto Hotel Tennis Liqasında mükafat fondu hər ay 1500 AZN-dir.