“Sea Breeze Padel Cup II” turnirinin qalibləri müəyyənləşdi

Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tennis Federasiyası və “Sea Breeze Resort”un birgə təşkilatçılığı ilə keçirilən “Sea Breeze Padel Cup II” turnirinə yekun vurulub. Qalib və mükafatçıların adına aydınlıq gəlib. Vasko Mladenov və Kiril Dimitrov cütü bu dəfə də qalib adına yiyələnib. Aleksandr Davlianidze və Nikolas Davlianidze ikinci, Yusif Rzayev və Tamerlan Əzizov cütü isə üçüncü yeri tutub.