"Sea Breeze Padel Cup"da ilk mərhələnin qalibləri müəyyənləşib

Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə padel tennis üzrə "Sea Breeze Padel Cup"  beynəlxalq turnirində ilk mərhələnin qalibləri müəyyənləşib. Mübarizəyə Azərbaycanla yanaşı Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, Rusiya, Bolqarıstan, Ukrayna, Böyük Britaniyadan olan iştirakçılar qoşulublar. 32 nəfərin qatıldığı yarışda Bolqarıstandan olan Vasil Mladenov - Kirill Dimitrov cütü çempion olub. Yerli idmançılarımızdan Tamerlan Əzizovla Yusif Rzayev 2-ci, Türkiyədən olan Deniz Gürsoyla Şimşek Başaran 3-cü yeri tutub. Yekunda qalib və mükafatçılara diplom və medallar təqdim olunub. Qeyd edək ki, turnirə sentyabrın 1-də yekun vurulacaq.