Tamerlan Əzizov Türkiyədə Antalya turnirində iştirak etdi

Türkiyənin Antalya şəhərində peşəkarlar arasında tennis turniri keçirilir.

Azərbaycan Tennis Federasiyası tərəfindən ölkəmizdə təşkil olunan beynəlxalq yarışlarda qalib gələn Tamerlan Əzizov gənc olmasına baxmayaraq Türkiyədəki yarışa qatılıb.

Təsnifat mərhələsində ilk görüşünə çıxan tennisçimiz makedoniyalı Berk Buqariklə görüşüb. Duel gərgin mübarizə şəraitində keçib. İlk dəqiqələrdən üstünlüyü ələ alan Əzizov birinci setdə qələbə qazanıb: 7-6.

Digər hissələrdə daha dəqiq olan Makedoniya tennisçisi növbəti setlərdə qalib gələrək mərhələ adlayıb.

Qeyd edək ki, Tamerlan Əzizovu qarşıda Dubayda keçiriləcək turnir gözləyir. İdmançımıza uğurlar arzulayırıq.