Tamerlan Əzizov yarımfinalda!

Bakı Tennis Akademiyasında beynəlxalq yarışın ikinci mərhələsi davam edir.

Azərbaycan Tennis Federasiyası və Beynəlxalq Tennis Federasiyasının birgə əməkdaşlığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan 18 yaşlıların J4 Baku (Grade 4) beynəlxalq reytinqli tennis turnirinin ikinci mərhələsinin 1/4 finalında Tamerlan Əzizov çexiyalı Yonas Kuçeraya qalib gələrək yarımfinala çıxıb. İdmançımız bu raundda rusiyalı İqor Pleşivtsevlə üz-üzə gələcək.

Bakı Tennis Akademiyasında keçirilən turnir dekabrın 11-də başa çatacaq.