Tamerlan Əzizovdan daha bir qələbə

06 sentyabr – 03 oktyabr 2021- ci il tarixlərində 4 həftə ərzində Azərbaycan Tennis Federasiyası ilə Beynəlxalq Tennis Federasiyasının birgə ənənəvi olaraq 18 yaşlararasında hər il təşkil etidiyi J5 Baku Payız Kuboku adlı beynəlxalq reytinqli tennis turnirlərində Rusiya, Ukrayna, Türkiyə, İsrail, Hindistan, Sinqapur, Almaniya, Belarus, Amerika, Qazaxıstan, Moldova, Portuqaliya və s. ölkə tennisçiləri iştirak edir. 4 həftə ərzində təşkil olunan bu turnirlərin ikinci həftəsində ölkəmizə qələbə qazandıran tennisçimiz Tamerlan Əzizov rəqibi Rusiya tennisçisi Grigory Shebekinə 6-3, 6-3 hesabı ilə üstün gələrək fərdi oyunun qalibi olub. T.Əzizovu təbrik edirik və gələcək turnirlərdə uğurlar arzu edirik.

Oyunun nəticələri barədə daha ətraflı: https://www.itftennis.com/en/tournament/j5-baku/aze/2021/j-g5-aze-02a-2021/draws-and-results/

Foto: Tamerlan Əzizovun mükafatlandırılma anı