Tamerlan Əzizovun beynəlxalq tennis turnirindəki qələbəsi

06 sentyabr – 03 oktyabr 2021- ci il tarixlərində Azərbaycan Tennis Federasiyası ilə Beynəlxalq Tennis Federasiyasının birgə ənənəvi olaraq 18 yaşlararasında hər il təşkil etidiyi J5 Baku Payız Kuboku adlı beynəlxalq reytinqli tennis turnirlərində Rusiya, Ukrayna, Türkiyə, İsrail, Hindistan, Sinqapur, Almaniya, Belarus, Qazaxıstan və s. ölkə tennisçiləri iştirak edir. 4 həftə ərzində təşkil olunan bu turnirlərin ilk həftəsində ölkəmizə qələbə qazandıran tennisçimiz Tamerlan Əzizov rəqibi Qazaxıstan tennisçisi Amir Omarkhanova  6-3 6-2 hesabı ilə üstün gələrək fərdi oyunun qalibi olub. T.Əzizovu təbrik edirik və gələcək turnirlərdə uğurlar arzu edirik.

(Oyunun nəticələri barədə daha ətraflı: https://www.itftennis.com/en/tournament/j5-baku/aze/2021/j-g5-aze-01a-2021/draws-and-results/)

Foto: Tamerlan Əzizovun mükafatlandırılma anı