Tarix yazan tennis millimiz Vətənə qayıtdı

Albaniyanın paytaxtı Tiranada təşkil edilən “Davis Cup” turniri başa çatıb. Mötəbər yarışın 4-cü qrupundan inamlı qələbələrlə 3-cü qrupa yüksələn Azərbaycan millisi Vətənə qayıdıb. Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançılarımızı Azərbaycan Tennis Federasiyasının rəsmiləri qarşılayıblar. Qeyd edək ki, Kənan Qasımov, Tamerlan Əzizov və Elvin Həşimovdan ibarət komandamız baş məşqçi Yalçın Manaflının rəhbərliyi altında Andorra və San Marino millilərini məğlub edərək pley-offa adlayıb. Bu mərhələdə Lixtenşteyn seçməsinə qalib gələn millimiz 3-cü qrupa yüksəlib.

​​​​​​