Tennis Federasiyası gənclər və idman nazirinin görüşündə təmsil olunub

Gənclər və idman naziri Fərid Qayıbovun rəhbərliyi ilə Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Naxçıvan şəhərinə səfər edib. Səfər çərçivəsində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub. Daha sonra Heydər Əliyev Muzeyi ziyarət olunub və nümayəndə heyətinə Ulu Öndərin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib.

Səfər çərçivəsində nazir Fərid Qayıbov həmçinin federasiyaların nüməynədələri ilə də görüşüb. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyində keçirilən görüşdə Azərbaycan Tennis Federasiyası da təmsil olunub.