Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə Bakı Tennis Akademiyasında 4 yaş kateqoriyasında uşaq və yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilir. Böyük əhəmiyyət kəsb edən yarışda 60-dan çox tennisçinin mübarizəsi davam edir. Noybarın 27-dən start götürən birinciliyə dekabrın 1-də yekun vurulacaq.