Tennis üzrə Azərbaycan birinciliyi yekunlaşdı

Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə Bakı Tennis Akademiyasında uşaq, yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi keçirilib. Böyük əhəmiyyət kəsb edən yarışda 60-dan çox tennisçi mübarizəsi aparıb. Birincilikdə Cahangir Aslanov, Cəmilə Hüseynzadə, Raul Yüzbaşov, Tansu Qədirli, Aydan Aysamov, Lalə Eyvazova, Artem Mikoliuk öz yaş kateqoriyalarında qalib gəliblər.