Tennis üzrə Azərbaycan çempionatı başa çatdı

Bakı Tennis Akademiyasında tennisçilərin ölkə çempionatı yekunlaşıb. Gərgin mübarizə ilə keçən təkli yarışda oğlanlar arasında Tamerlan Əzizov çempion olub. Elvin Həşimov 2-ci, Samir Qafarov 3-cü yeri tutub. Qızlar arasında isə Umayra Həşimova çempion, Lalə Eyvazova 2-ci, Xədicə Cəfərquluzadə isə 3-cü olub. Qoşa yarışlarda Tamerlan Əzizovla İsmayıl Babayev hamını qabaqlayaraq çempion olub. Mükafatçılara diplom və medalları Azərbaycan Tennis Federasiyasının vitse-prezidenti Mehman Qocayev təqdim edib.