Tennis üzrə ölkə birinciliyi başa çatdı

Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə Bakı Tennis Akademiyasında keçirilən ölkə birinciliyi başa çatıb. Yarışda müxtəlif yaş kateqoriyalarında 46 tennisçi mübarizə aparıb. 8-10 yaşlı oğlanlar arasında 1-ci yeri Heydər Əsgərəlizadə, 2-ci yeri Daniil Morozkov, 3-cü yeri Anar Şaxkərimov tutub. 11-12 yaşlı oğlanlarda Murad Behbud, Cavid Məmmdəli, Raul Yüzbaşov, 13-16 yaşlılarda isə Artem Mikoliuk, Tamerlan Kərimov, Nazim Məlikov ilk üçlükdə qərarlaşıb. 8-10 yaşlı qızlardan İnci Orman, Rania Hacıyeva, Banu Rəfiyeva, 11-12 yaşlı qızlar arasında Cəmilə Hüseynzadə, Aylin Həsənova, Melissa Məlikova, 13-16 yaşlılarda isə Tansu Qədirli, Nurel Əliyeva və Mədinə Qurbanova mükafatçılar sırasında qərarlaşıb.