Tennisçilərimiz Antalyada beynəlxalq yarışda çıxış ediblər

Antalyada "Tennis Europe Development Championship" turniri keçirilib. Tennisçilərimizdən 14 yaş kateqoriyasında Mikayıl Feyzullayev, 12 yaş kateqoriyasında isə Cavid Məmmədli mübarizə aparıb. Yarışda Azərbaycanla yanaşı, daha 10 ölkənin idmançıları çıxış ediblər.