Tennisçilərin Azərbaycan çempionatı keçirildi

Tennisçilərin Azərbaycan çempionatı keçirilib. Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə keçirilən yarış Bakı Tennis Akademiyasında baş tutub. Çempionatda 22 oğlan və 12 qız həm təkli, həm də qoşa yarışlarda mükafatlar uğrunda mübarizə aparıblar. İlin son yarışında qaliblər bəlli olub.

Oğlanlardan Kənan Qasımov, İmran Abdulla, Samir Qafarov, qızlardan isə Umayra Həşimova, Lalə Eyvazova və Xədicə Cəfərquluzadə mükafatçılar siyahısına düşməyi bacarıb. Qoşa yarışlarda isə Tamerlan Əzizovla Samir Qafarov 1-ci, İmran Abdulla ilə Yusif Rzayev 2-ci yeri tutub. Elman Ələsgərovla Ziya Ələkbərov 3-cü pillədə qərarlaşıblar.

Fərqlənən idmançılar diplom və medallarla təltif olunublar. Xatırladaq ki, qalib və mükafatçılar 2023-cü ildə keçiriləcək beynəlxalq yarışlarda iştirak edəcək milli komandaların heyətlərini formalaşdıracaqlar.