Tennisçimiz İspaniyada beynəlxalq yarışın qalibi oldu

Tennisçimiz İspaniyada beynəlxalq yarışın qalibi olub. Səfər Rəsulov ötən ilin dekabrından davam edən 46 nəfərin mübarizə apardığı turnirdə finala yüksəlib. Həlledici dueldə Xavyer Errero Kuesta ilə qarşılaşan idmançımız 7:5 və 6:3 hesabları ilə qalib gələrək çempion olub.