T.Əzizov - Qələbəni əldən buraxmadı

06 sentyabr – 03 oktyabr 2021- ci il tarixlərində 4 həftə ərzində Azərbaycan Tennis Federasiyası ilə Beynəlxalq Tennis Federasiyasının birgə ənənəvi olaraq 18 yaşlararasında hər il təşkil etidiyi J5 Baku Payız Kuboku adlı beynəlxalq reytinqli tennis turnirlərində Azərbaycan, Amerika, Almaniya, Belarus, Böyük Britaniya, Cənubi Koreya, Hindistan, Qazaxıstan, İsrail, Özbəkistan, Portuqaliya, Rusiya, Ukrayna, Sinqapur, Türkiyə tennisçiləri iştirak edir. 4 həftə ərzində təşkil olunan bu turnirlərin 3-cü həftəsində ölkəmizə qələbə qazandıran tennisçimiz Tamerlan Əzizov rəqibi Rusiya tennisçisi Grigory Shebekinə 6-3, 6-0 hesabı ilə üstün gələrək fərdi oyunun qalibi olub. T.Əzizovu təbrik edirik və gələcək turnirlərdə ona uğurlar arzu edirik.

Oyunun nəticələri barədə daha ətraflı:  https://www.itftennis.com/en/tournament/j5-baku/aze/2021/j-g5-aze-03a-2021/order-of-play/

Foto: Tamerlan Əzizovun mükafatlandırılma anı