Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan Avropa Tennis Turnirlərinə start verilib

Gənclər və İdman Nazirliyi, habelə Azərbaycan Tennis Federasiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan Avropa Tennis Turnirlərinə start verilib. Bakı Tennis Akademiyasında keçirilən sayca 12-ci dəfə təşkil olunan yarışda 40-a yaxın ölkədən 300-dən artıq tennisçi mübarizə aparır. Onlar 12,14,16 və 18 yaş kateqoriyasında çıxış edirlər. Turnirin ilk həftəsində 12 yaşlı idmançılar fəxri mükafatlar uğrunda yarışırlar. Yerli tennisçilər də sözügedən yarışa ciddi səylə hazırlaşıblar. Qeyd edək ki, turnirə mayın sonunda yekun vurulacaq.