Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Payız Kuboku keçirilir

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş payız kuboku keçirilir. Bakı Tennis Akademiyasında keçirilən yarışda ölkəmizi 5 idmançı təmsil edir. İlham Baxşəliyev, Tamerlan Kərimov, Raul Məlikov, Mikayıl Feyzullayev və Ayşən Kərimli mükafatlar uğrunda mübarizə aparır. Bu mərhələdə 14-16 yaşlı tennisçilər bacarıqlarını göstərirlər. Qeyd edək ki, oktyabrın 2-dən 5-dək isə şəhid Elvin İsmayılovun xatirəsinə həsr edilmiş tennis üzrə Bakı birinciliyi keçiriləcək.