Uşaqlar üçün tennis seminarı

Təcrübəli mütəxəssislərimiz Vasko Mladenov və Könül Əlizadə tərəfindən tennis seminarı təşkil olunub. Seminarda "Sabis Sun School"da tennis dərslərində iştirak edən uşaqlardan 12-si iştirak edib. Burada onlar tennisin sirlərini öyrənib və maraqlı vaxt keçiriblər. Hətta uşaqlar valideynləri ilə birlikdə də tennis oynayıblar. Tennis üzrə millimizin üzvü Tamerlan Kərimov da seminara qoşulan uşaqlara öz dəstəyini nümayiş etdirib. Yekunda iştirakçılara sertifikatlar təqdim edilib.