Beynəlxalq Tennis Federasiyasının İnkişaf Proqramlarının rəhbəri Vitor Kabral Bakı Tennis Akademiyasında seminar keçib. Məşqçi və tennisçilər üçün təşkil olunan seminarda texniki məsələlər izah olunub. Məruzəçi əvvəlcə nəzəriyyədən danışıb. Sonra kortda raketkanın düzgün istifadə qaydalarından danışıb. Vitor Kabral topa zərbə zamanı qolun hansı vəziyyətdə tutulması barədə də məlumat verib. İkinci seminar isə valideynlər üçün təşkil olunub. Burada tennisçilərin qarşılaşdığı problemlər barədə danışılıb. Məruzəçi Vitor Kabral bildirib ki, uşaqlar tennis idman növünün sirlərinə yiyələnərkən eyni zamanda əylənməyi də bacarmalıdırlar. Yekunda seminarda valideynlərə övladları üçün məşqçi seçimi zamanı məşqçilərdəki xüsusiyyətlərə də fikir vermələri tövsiyə olunub.