Vyana turniri: 2-ci mərhələ

Avstriyanın paytaxtı Vyanada ATP seriyalı turnirdə ikinci mərhələnin oyunları keçirilib.  Fransalı Qael Monfis italiyalı Lorentso Muzetti ilə qarşılaşıb. İlk setdə rəqibinin müqavimətini tay-brekdə qıran Monfis növbəti hissəni də xeyrinə başa vurub. 6-4

İtaliyanın turnirdəki digər təmsilçisi Matteo Berrettini isə uğurla çıxış edib. O, gürcüstanlı Nikoloz Basilaşvili ilə görüşün ilk setində 6-7 hesabı ilə uduzsa da, sonrakı hissələrdə qələbə qazanıb:  6-2 və 6-3.

Berrettininin həmyerlisi Yannik Sinner isə Amerika Birləşmiş Ştatları təmsilçisi Reyli Opelkanı məğlub edib. O, 6-4 və 6-2 hesabı ilə üstün olub.

İspaniyalı Karlos Alkaras və britaniyalı Endi Marreyin görüşündə isə gözlənilməz nəticə qeydə alınıb. Daha təcrübəli Marrey 18 yaşlı rəqibi ilə qarşılaşmada favorit sayılsa da, etimadı doğrulda bilməyib. Alkaras əvvəlcə 6-3, daha sonra isə 6-4 hesabı ilə qalib gəlib.

Mükafat fondu 1 milyon 837 min avro olan turnirin qalibi oktyabrın 31-də müəyyənləşəcək.