Vyana turnirində gərgin mübarizə sona yaxınlaşır

Avstriyanın paytaxtı Vyanada ATP seriyalı turnirdə ¼ final mərhələsinin oyunları keçirilib.

Almaniyalı Aleksandr Zverevkanadalı Feliks Oje Alyassimlə qarşılaşıb. Zverev çətinliklə - 2:1 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib.

Amerikalı Frensis Tyafu isə sürpriz şəkildə irəliləməyə davam edir. Argentinalı Dieqo Şvartsmanla qarşılaşan Tyafu bu dəfə də qalib gələrək adını yarıfinalçılar siyahısına yazdırıb.

Təcrübəli Matteo Berrettini isə gözlənilmədən məğlub olub. İtaliyalı raketka ustası ispaniyalı Karlos Alkarasa uduzaraq mbarizəni dayandırıb.

Antverpen turnirinin qalibi olan italiyalı Yannik Sinner də inamla irəliləyir. Tennisçi bu  dəfə norveçli Kasper Ruda qalib gəlib.

Mükafat fondu 1 milyon 837 min avro olan turnirin qalibi oktyabrın 31-də müəyyənləşəcək.